Çillər və ləkələr | Yaraşıqlı görünüş, gözəl imic - Dermatoloq

DERMATOLOGİYA

by Dermatoloq 561 Baxış Şərh

Çillər, adətən, yazda görünməyə başlayır, yayda daha da aydınlaşır, payızda solğunlaşır və qışda tamam yox olur.

Çillər, adətən, yazda görünməyə başlayır, yayda daha da aydınlaşır, payızda solğunlaşır və qışda tamam yox olur.

Sifətində çillər əmələ gələn qadınlar artıq yaz gələrkən üzlərnni günəş şüalarından qorumalı, günəş şüalarına qarşı olan krem və kirşandan istifadə etməlidirlər. Bu kosmetik preparatların tərkibində sifəti günəş şüalarından qoruyan kimyəvi maddələr vardır. Belə kremi və kirşanı sizə həkim-dermatoloq məsləhət görə bilər. Xüsusi kirşana sizin dərinizə uyğun rəng vermək üçün ona adi kirşan qarışdırın.

Əgər çillər artıq əmələ gəlmişsə, onları xüsusi krem və məlhəmlərin köməyi ilə aradan qaldırmaq olar. Bu krem və məlhəmlər dərini qurudur və onun çıxmasına kömək edir. Lakin dərini çıxaran vasitələrdən həkim, ya da təcrübəli kosmetoloqla məsləhətləşmədən istifadə etmək olmaz, çünki belə vasitələr dərini bərk qıcıqlandırar, ya da onun iltihabına səbəb ola bilər. Dəri çıxaran vasitələrdən mədə və böyrəkləri xəstə olan qadınlar istifadə edə bilməzlər. Bundansa, onlar ağardıcı maddələrdən istifadə etsələr daha təhlükəsiz olar.

Üzü müntəzəm olaraq süd zərdabı ilə yuduqda, ya da xiyar şirəsi ilə gündə bir neçə dəfə sildikdə çillər ağarır. Xiyar şirəsini yumaq lazım deyil. Çiyələk, pomidor və qaragilə maskaları da ağardıcı xüsusiyyətə malikdir. Onları təmiz yuyulmuş üzə qoyur və 20—25 dəqiqədən sonra cökə çiçəyi (1 l suya 1 xörək qaşığı çiçək) cövhəri ilə silirlər.

Təzə cəfəri şirəsindən də ağardıçı vasitə kimi istifadə etmək olar. Onu belə hazırlayırlar. 1 xörək qaşığı xırda doğranmış cəfərinin üstünə 0,5 stəkan qaynar su tökür, soyuduqdan sonra süzür və tez-tez çillər olan yerlərə sürtürlər.Çilləri durulaşdırılmış hidrogen-peroksid məhlulu ilə də aparmaq olar. Bunun üçün 2 xörək qaşığı 3— 6%-li hidrogen-peroksid məhlulunu 1 çay qaşığı kartof unu ilə qarışdırır və alınmış sıyığı çillərin üstünə sürtürlər. O quruyandan sonra sifəti içinə limon şirəsi, ya da qaragilə şirəsi (1 stəkan suya 1 çay qaşığı şirə) tökülmüş su ilə yaxalayırlar. Əgər dəri xarici qıcıqlandırıcılara həssasdırsa, onda maskadan istifadə etmək daha yaxşıdır.

Əgər çillər çox tünd, ya da çoxdursa, onda dərinin rəngini yerkökü şirəsi ilə düzəltmək olar, bunu gündə iki dəfə — axşam və səhərlər sürtürlər. Şirə quruyandan sonra üzu təzə süd qatılmış su ilə (1 stəkan suya 1 xörək qaşığı süd) yaxalayırlar.

Nəzərə çarpan nəticəni almaq üçün yuxarıda göstərdiyimiz müalicə uzun müddət aparılmalıdır, Müalicəyə qışda (yanvarın axırı, fevralın əvvəli), çillər tamam yox olduqda başlamaq lazımdır.

Bəzən alında, gicgahlarda ya da yanaqlarda, adətən, sarı, ya da tünd-qəhvəyi rəngli ləkələr əmələ gəlir. On­ların da ağardılması üçun çillərdə olan müalicəni aparmaq olar. 5%-li üzüm sirkəsi və qatıq ilə qoyulan kompreslər də yaxşı təsir göstərir. Onu belə eləyirlər: tənzif parçasını sirkədə isladıb ləkənin üstünə qoyur və 10 dəqiqədən sonra onu kötürüb həmin yerə un qarışdırılmış qatıqdan (1/4 stəkan qatığa 1 çay qaşığı un) kompres qoyur və 10 dəqiqə saxlayırlar. Əgər dəri sirkəyə çox həssasdırsa, onda kompresi ancaq qatıqla qoymaq olar. Birinci həftə kompresi hər gün, ləkələr ağarandan sonra isə həftədə bir dəfə eləyirlər. Bundan başqa, ləkələr üzə çıxmağa başlayanda sifəti günəş şüalarından qorumaq, bahar gələndə isə üzə mütləq günəşdən qoruyucu kirşan çəkmək lazımdır.

Ləkələrdə olduğu kimi, çillərdə də qidanın tərkibi C,B və PP vitaminləri ilə zəngin olmalıdır.

Mənbə: Kayzen

Şərhlər