Çillər və ləkələr | Yaraşıqlı görünüş, gözəl imic - Kosmetoloq

DERMATOLOGİYA

by Dermatoloq 565 Baxış Şərh

Əslində həmişə istəmişəm ki, parlaq, tərtəmiz dərim olsun, ancaq təəssüflər olsun ki, çillərlə bərabər həm də problemli dəri tipim var. Problemləri həll etmək üçün hər zaman dəriyə xüsusi qulluq etmək lazımdır. Sızanaqlara nə qədər nifrət edirəmsə, çillərimi də o qədər sevirəm əslində! Çilləri olan insanlar daha çox dərilərinin qayğısına qalmalıdır, ancaq onlar məni daha fərqli etməklə bağlı, şən ab hava da bəxş edirlər!

İndi trend olan bu çillər haqqda bilmədiyimiz faktları sizinlə paylaşıram:

  • Çilləri olan insanları mələklər öpüb deyə bir rəvayət uydurulmuşdur. Sonra çillərin yaranmasında günəşin əsas rolunun olduğunu anlayaraq Günəşin öpdüyünü deməyə başladılar.

  • İki cür çillər vardır. Bunlardan biri ümumiyyətlə dəri tipinə görə günəşdən yaranan çillərdir. Digəri isə bədəndə olan xəstəlikləri göstərir. Hər iki halda həkimlə görüşmək lazımdır.

  • Çilləri olan insanların dəri xərçəngi olmaq ehtimalı daha çoxdur. Bu səbəbdən də mütləqdir ki, həmişə həkim nəzarətində olsunlar və günəşdən qorunsunlar.

  • Çillər genetikdirlər. Əgər çilləriniz varsa, deməli bu sizə kimdənsə keçib.

  • Heç kim çillərlə doğulmur. Sadəcə dərisi həssas olan insanlarda gedərək günəşdən yaranan çillər əmələ gəlir.

  • Bütün kürən insanlarda çil yoxdur, ancaq demək olar 80% kürəndə çillər olur.

  • Orta əsrlərdə çilləri olan insanları cadugər bilirdilər. Düşünürdülər ki, bu çillər onları ayırd etmək üçün var.

    Mənbə - bildirchin.az

Şərhlər