Dermatoloq Dr. Mehdi Mahmudi | Saç Tökülmə Müalicəsi #dermatoloq

DERMATOLOGİYA

by Dermatoloq 480 Baxış Şərh

Dermatoloq Dr. Mehdi Mahmudi | Saç Tökülmə Müalicəsi #dermatoloq

 

Mezoterapi sözün mənasından da aydın göründüyü kimi dərinin orta təbəqəsinə edilən bir prosedurdur. Bu müalicə üsulundakı məqsəd faydalı aktiv maddələri müalicə üçün planlaşdırılan bölgəyə birbaşa enjekte edilməsidir. Mezoterapi tətbiqi saçlı dəridə və bədənin müəyyən bölgələrində istifadə edilə bilər.

Saç mezoterapisi hansı hallarda tətbiq olunmalıdır?

Bu müalicə üsulu köhnəlmiş olan saçlarda canlanma yaradar, başqa bir narahatlıq, xəstəlik səbəbi (tiroid xəstəliyi, anemiya,hamiləlik və s.) ilə meydana gəlmiş olan saç tökülməsində faydalı olur. Ayrıca stress, mövsümi tökülmə prosesinin uzanması, qidalanma pozğunluğu və ya xarici faktorlara bağlı yaranan tökülməyə qarşı da təsirli bir müalicə üsuludur.

Saç mezoterapisinin faydaları nələrdir?

Mezoterapi tətbiqində istifadə edilən dərmanlar patoloji prosesin zəifləməsi ilə bərabər inyeksiya edildiyi zaman təyin olunan müalicənin effektivliyini də artırır. Regional tətbiqi isə praktiki üstünlüyüdür. Yan təsirlərinin olduqca az olamsı bu üsulu daha da sıx tetbiq edilməyine sebeblerdendir. Dozaları ən az miqdarda maksimum təsir göstərir.

Saç mezoterapisinde hansı tip dərmanlar istifadə olunur?

Mezoterapi müalicəsində müxtəlif dərmanlar istifadə olunur. Bu dərmanlar həm FDA (Food and Drug Administartion) və bir çox əczaxanalarda də olan bitki mənşəli məhsullardır. Təcrübədə əhəmiyyət daşıyan dərmanların farmakoloji xüsusiyyətlərinin bilinməsi və qarşılıqlı təsirlərində yan təsir potensialı bilinməməkdədir..

Saç Mezoterapi sonrası nəticələri nə zaman görə bilərəm?

Tətbiq olunacaq olan 4 və ya 5-ci seansdan sonra gözlə görülə bilən müsbət dəyişikliklər olacaqdır. Nəticələri görmək üçün ən az 3 ay gözlənilməsi tövsiyə edilir.

Saç mezoterapisi neçə seans tətbiq olunmalıdır?

Müalicə başlandığında, ilk ay iki həftədə bir seans olmaq üzrə cəmi 9 seans uyğun görülür.

Medikal müalicələr.

Saç tökülməsinə qarşı təklif olunan dərmanlar ilk mərhələdə olduğunda daha sıx təsir göstərməkdədir. Ayrıca saç əkimi sonrasında da mövcud saçların qalınlaşması və sağlam böyüməsi üçün də istifadə edilə bilər. Ancaq unudulmamalıdır ki, bu tərz dərman və məhsullar istifadə edildiyi müddətcə adama fayda təmin edər, yəni istifadə dayandırıldığı zaman saç tökülməsi davam edər. Bu mövzuda Dünya Saç Cərrahiyyəsi Birliyində (ISHRS) ratifikasiya olunmuş bir neçə dərman və məhsul var.

Şərhlər