Hialuron turşusu haqqında / Kosmetik Dermatoloq Dr Mehdi
Hialuron turşusu dərinin nəmli və dolğun görünməsi üçün su tutma vəzifəsini üzərinə götürən 1 qram ilə 6 litrə qədər su saxlaya bilən çox güclü nəm tutucudur.
Dərini süngər kimi düşünsək, onun dolğun görünməsi üçün nəmə ehtiyacı olduğunu söyləmək, nəmin dəri üçün əhəmiyyətini düzgün ifadə edər.
Dəriyə anında dolğunluq verməklə yanaşı, dolğu kimi istifadə edilməsinin əsas səbəbi onun hiqroskopik molekulyar quruluşudur. Olduğu mühitdə bütün nəmi tutur. Beləliklə, toxumalar daha uzun müddət daha dolğun, elastik, parlaq və gənc görünməyə davam edir.
Yaşlandıqca bədəndə hialuron turşusunun səviyyəsi azalır. Nəticədə dəridə qırışlar, canlılıq və nəmlik itkisi, oynaqlarda aşınma kimi əlamətlər görülür. Uzun illər aparılan araşdırmalar nəticəsində laboratoriya mühitində istehsal oluna bilən hialuron turşusu əlavələri yaşlanma ilə bağlı bu kimi problemlərin qarşısını almağa və ya müalicə etməyə kömək edir.
Kimlər hialuron turşusundan istifadə edə bilər?
Hialuron turşusu bədənimizdə olan bir molekuldur və xaricdən istifadə edildikdə hər hansı reaksiya/qıcıqlanma riski yoxdur. “Turşu” olaraq adlandırılsa da, dəridə qıcıqlanma yaratmayan, bütün dəri və yaş qrupları tərəfindən rahatlıqla istifadə edilə bilən bir maddədir.
Hialuron turşusu yağlı dərilər üçün uyğundurmu?
Dəridə nəm tutma qabiliyyəti ilə quru dərilər üçün əvəzolunmaz olan hialuron turşusu su əsaslı quruluşu sayəsində yağlı və sızanaqlı dərilərdə də rahatlıqla istifadə edilə bilər.
Hialuron turşusu hansı qida maddələrində var?
Hialuron turşusu bütün paxla sortlarında, soya, cəfəri, badam, çuğundur, kələm, ispanaq kimi tərəvəzlərdə olur.
Hialuron turşusu tərkibli krem və serumlar hər gün istifadə olunurmu?
Dəridəki incə qırışların görünüşünü azaltmağa kömək edən, dərini hamarlaşdıran və müntəzəm istifadə edildikdə dərini parlaq edən bu hialuron turşusu serumlarını səhər və axşam təmiz dəriyə tətbiq edə bilərsiniz.
Hialuron turşusu inyeksiyası (dolğu) nədir?
Hialuron turşusu üzdəki dərin və nazik qırışları doldurmaq, dodaqları dolğunlaşdırmaq, göz, yanaq, çənə çevrəsinə həcm vermək üçün istifadə olunur.
Hialuron turşusu inyeksiyaları nə qədər müddətə təsir edir?
Hialuron turşusu inyeksiyalarının təsiri 6 aydan 12 aya qədər davam edir. Beləliklə, təsirin davamlılığını təmin etmək üçün müalicəni bu müddət ərzində təkrarlamaq lazım deyil.
Hialuron turşusu (biorevitalizasiya) ləkələrə təsir edirmi?
Hialuron turşusu baryer qoruması və əlavə nəmləndirmə vasitəsilə dəri hüceyrələrinin bərpasını təmin edir. Hialuron turşusundan istifadədən sonra canlı dəri əldə edirsiniz. Hialuron turşusu həm də yaşlılıq ləkələrini minimuma endirir.
Hialuron turşusu krem və ya serumları dərinin alt qatlarına nüfuz edə bilərmi?
Daha böyük HA molekulları, suyu bağlamaqda və nəmləndirmədə yaxşı olmasına baxmayaraq, dərinin alt qatlarına nüfuz edə bilməz. Topikal (yerli) olaraq dəriyə tətbiq edildikdə, bu molekullar yalnız dərinin səthində nəmlənməni təmin edir.
Hialuron turşusu inyeksiyaları (dolğu və biorevitalizasiya) yalnız mütəxəssis dermatoloq tərəfindən edilməlidir. Ən uyğun məhsulu dermatoloq sizin dərinizə görə individual olaraq təyin edəcək.
Dermatoloq Dr Mehdi Mahmudi
Prosedurlara yazılmaq üçün - (+994) 50 519 42 19
Adres: Nazim Hikmət 66, Yasamal, Bakı - Salutem Dermatoloji Klinika
Dermatoloq Dr.Mehdi Mahmudi İnstagram - https://bit.ly/3dvifdJ
Doktor WhatsAap - (+994) 51 876 43 88 - https://bit.ly/32xiv5w
Şərhlər