Dermatoloq, Dermatologiya nədir?- dərinin quruluşu və funksiyasını, dəri xəstəliklərinin əmələ gəlmə səbəblərini, xəstəliklərin inkişaf mexanizmini , müalicə və profilaktikasını öyrənir. (yunanca derma- dəri, logos-öyrənmək).
Dəri xəstəliklərinin əmələ gəlmə səbəbləri çoxdur və müxtəlifdir. Dəri həmişə xarici mühit faktorlarının təsirinə məruz qalır. (müxtəlif infeksiyalar, viruslar, bakteriyalar, ibtidailər, isti və soyuğa, müxtəlif kimyəvi maddələrə və s.)
Dəri qan-damar, limfa və sinir sistemi vasitəsilə bütün orqanizmlə sıx əlaqədardır. Buna görə də müxtəlif üzvlərdə gedən fizioloji və patoloji proseslər dəriyə müəyyən dərəcədə təsir göstərir.Həmin proseslərin bir çoxu isə dərinin iştirakı ilə gedir. Buna görə də daxili orqanların hər hansı bir xəstəliyi dəriyə də təsir göstərə bilər və dəridə müəyyən dəyişikliklərin yaranmasına səbəb ola bilər.
DermatoloqDr.Mehdi Mahmudi Haqqında
Doktor Mehdi Mahmudi 2002-ci ildə Təbriz Tibb Universitetindən məzun olub. 2000-ci ildən Erbium lazer resurfasinqin post akne çapıqların müalicəsində olan əks təsirləri mövzusunda tədqiqat aparmış və 2002 ci ildə bu məsələ üzrə elmi işini yüksək dərəcə ilə müdafiə edib və dermatologiya sahəsində lazer kimi müasir üsulun tətbiqi üzrə dünya da birinci həkimlərdən olub. Əsas tibbi fəaliyyəti dəri xəstəliklərinin müasir üsulları ile müayinə və müalicəsi, o cümlədən müxtəlif kosmetoloji prosedurların (lazer, dolğu, botoks və s.) tətbiq olunmasıdır. 2008-ci ildən 5 il müddətinə Post Graducate Course Of Dermatology Specialization və 2013 ildə 3 il müddetinə Full Post Graduate Course Of Surgery müvəffəqiyyətlə başa çatdırıb və dəri xəstəliklərindən əlavə dəri cərrahiyəsi üzrədə sertifikat almışdır. Müxtəlif illərdə bir çox avropanın qabaqcıl ölkələrində və universitetlərində təşkil olunmuş kurslarda və konfranslarda iştirak edib. Elmi uğurlar və çalışmalardan əlavə 2020-ci ilə qədər 150,000 dən çox xəstələrə müxtəlif müalicəvi və Kosmetoloji prosedurlar etməklə öz işində çox təcrübəli həkim sayılır. Hal hazırda Bakıda yerləşən Salutem Dermatoloji Klinika da fəaliyyət göstərir.
DermatoloqDr. Mehdi Mahmudi Nəticələri
Dermatoloq Mehdi öz işlərindən bəzilərini sosial media hesablarında sizlər ilə paylaşır. İnstagram, Tiktok, Facebook, YouTube və öz veb saytında müxtəlif nümunələri izləyə bilərsiniz. Nümunələri görmək üçün bura kliklə
DermatoloqDr Mehdi Mahmudi Əlaqə
Prosedurlara yazılmaq üçün - (+994) 50 519 42 19
Adres: Nazim Hikmət 66, Yasamal, Bakı - Salutem Dermatoloji Klinika
Dermatoloq Dr.Mehdi Mahmudi İnstagram - https://bit.ly/3dvifdJ
Doktor WhatsAap - (+994) 51 876 43 88 - https://bit.ly/32xiv5w
Şərhlər