Saç tökülmələri və irsi saç tökülmələri haqqında - Dermatoloq Dr.Mehdi Mahmudi

Video

by Dermatoloq Baxış Şərh

Saç tökülməsi bir problemdir. Hər bir insan bu problemlə rastlaşa bilər. Çox insanlar saç tökülmədən şikayət edirlər. Deyirlər ki bizim saçlarımız tökülür, hər gün nə qədər saçımız tökülür. Ancaq bizim fikrimizcə adi vəziyyətdə hər bir insanda gündəlik 50-60 saç tökülə bilər amma bu saçlar eyni zamanda yerinə gəlir.

Bu problem kimi görülmür. Problem o zaman olur ki, biz mütəmadi olaraq saç itkisi veririk. Problem o zaman başlayır ki biz gün ərzində 100 dənə tük itiririk və onun yerinə 50 tük gəlir. Getdikcə itirdiyimiz tüklərin sayı çox olur və biz hiss edirik ki, saçlarımız daha da seyrəkləşib. Bunu saçımızı darayanda, şəkil çəkdirəndə, güzgü qarşısında duranda hiss edirik. Saç tökülmələrinin içində müalicə üçün ən çətin vəziyyət irsi saç tökülmələridir.

İrsi saç tökülmələri üçün 10 il əvvəl olsaydı deyə bilərdik ki, heç bir köməklik edə bilmərik. Hərkəs müraciət edirdi. Normalda şampunlar, lasyonlar və.s təyin edirdik və demək olar heçkim razı qalmırdı. Belə hesablanırdı ki irsi saç tökülmələrinin heç bir müalicəsi yoxdur. Amma neçə il keçəndən sonra tibbdə yeni inkişaflar baş verdi. Baxmayaraq ki, irsi saç tökülmələrinə 100%lik müalicələr çıxmasa da, insanların saç tökülməsinin qarşısını almaq və hətta müalicəyə gedişatda itirilmiş saçların yenidən bərpa olunması mümkündür.

Biz hazırda bunu hamıya məsləhət edə bilirik. Ən çox da gənc yaşlarda saçları kəskin şəkildə tökülmüş insanlara da standart metodlarla müalicəyə başlamağı məsləhət görə bilirik və söz veririk ki, saç tökülmələri dayanır. Keçmişdə tökülən tükləri də bərpa olunur. Nə qədər ki saçların köklərinə yardım edirik və bu proses də illərlə davam edəcək. Müalicələr hələki bu qədərdir. Gələcəkdə daha effektiv metodlar ola bilər."

Dr.Mehdi Mahmudi İran
𝐂𝐨𝐬𝐦𝐞𝐭𝐢𝐜 𝐃𝐞𝐫𝐦𝐚𝐭𝐚𝐥𝐨𝐠𝐢𝐬𝐭 / 𝐃𝐞𝐫𝐦𝐚𝐭𝐨𝐬𝐮𝐫𝐠𝐞𝐧
𝐃𝐨𝐤𝐭𝐨𝐫 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩: (+𝟗𝟗𝟒) 𝟓𝟏 𝟖𝟕𝟔 𝟒𝟑 𝟖𝟖
𝐘𝐚𝐳ı𝐥𝐦𝐚𝐪: (+𝟗𝟗𝟒) 𝟓𝟎 𝟓𝟏𝟗 𝟒𝟐 𝟏𝟗
𝐒𝐚𝐥𝐮𝐭𝐞𝐦 𝐃𝐞𝐫𝐦𝐚𝐭𝐨𝐥𝐨𝐣𝐢 𝐤𝐥𝐢𝐧𝐢𝐤𝐚: (𝟎𝟏𝟐)-𝟗𝟖𝟖

Şərhlər