Kosmetologiya.az Azərbaycanda Kosmetoloq Həkimlər və bu mövzuda məlumat əldə etmək istəyən pasiyentlər üçün Azərbaycan da öndə gələn Kosmetoloji saytlardan biridir.
Kosmetologiya.az saytını öz sözlərindən oxuyaq. "www.Kosmetologiya.az" səhiyyə və tibb sahəsi üzrə xidmət göstərir. Bizim əsas məqsədimiz insanların sağlamlığının qorunmasında vasitəçi olmaqdır. Əsas olaraq Kosmetoloji məqalələrin, videoların, tibbi xəbərlərin sizlərlə paylaşıldığı və Azərbaycanda öndə gələn Kosmetoloq həkimlərimizi daha da yaxından tanımağınız üçün www.Kosmetologiya.az layihəmizi başlatmışıq.
Həkim kosmetoloq kimdir?
Həkim kosmetoloq – tibbi kosmetologiya sahəsində çalışan mütəxəssisdir. O, pasiyentin üz və bədən hissəsindəki estetik qüsurların korreksiyası ilə məşğul olur. Bir çox estetik və kosmetoloji prosedurları yerinə yetirir.
Həkim kosmetoloq kimdir?
Kosmetologiya – insanın estetik problemlərini öyrənən və onların həlli yollarını araşdıran elmdir. Həkim kosmetoloqlar estetik qüsurları korreksiya etməklə yanaşı, bu problemləri yaradan səbəbləri də aydınlaşdırır.
Həkim kosmetoloq aşağıdakı patologiyaları diaqnostika və korreksiya edir:
-
Sızanaq xəstəliyi, akne, komedon, lipodistrofiya (sellülit);
-
Üzdə gənə, Göbələk xəstəliyi;
-
Ziyil, papilloma, xallar;
-
Döyənəklər, çapıqlar;
-
Artıq çəki, dəri çatları (striyalar);
-
Dəridə xoşxassəli törəmələr;
-
Dərinin patoloji dəyişikliyi;
-
Saç tökülməsinin müalicəsi;
-
Dərinin yaşla bağlı dəyişiklikləri.
Həkim kosmetoloq peşəsinin əsas xüsusiyyətləri
Kosmetoloqlar şərti olaraq, aşağıdakı qruplara bölünür:
-
Kosmetoloq–estetistlər. Masaj, pilinq, bürünmələr, depilyasiya, saç, dırnaq və dəriyə qullu prosedurlarını yerinə yetirir. Bu zaman dəri örtüyünün bütövlüyünü pozmayan vasitələrdən istifadə edir.
-
Kosmetoloq-vizajist. Estetistlər kimi fəaliyyət göstərməklə yanaşı, müştərilərə makiyaj da edirlər.
-
Həkim kosmetoloq (dermatoloq-kosmetoloq). Kompleks tibbi manipulyasiyaların icrası, pasiyentin dəri qüsurlarının diaqnostikası, laborator analizlərin təhlili, dərman preparatlarının təyini ilə məşğuldur. Həkim kosmetoloq yuxarıdakı 2 qrupdan fərqli olaraq, mütləq ali tibbi təhsili almalıdır. O, həmçinin dermatit və dermatozları müalicə edə bilir. Dəri örtüyünün tamlığını pozan prosedurları yerinə yetirmə səlahiyyəti vardır. Bunlara üz dolğusu, burun dolğusu, dodaq dolğusu, gözaltı işıq dolğusu, biorevitalizasiya, lazerlə bir çox estetik müdaxilələr, saç əkilməsi, PRP terapiya, plazmolifting, regenlap prp aiddir.
-
Plastik, estetik cərrah (cərrah-kosmetoloq). Mürəkkəb cərrahi müdaxilələri yerinə yetirməyi bacaran ali tibb təhsilli mütəxəssisdir. Burun formasının, anadangəlmə qüsur sayılan dovşandodaqlığın korreksiyası, üz gərmə, mammoplastika və s. kimi əməliyyatları icra edir.
Şərhlər